Cəmiyyət

Vətəndaşların diqqətinə: Mayın 1-dən etibarən... VİDEO

14 Aprel 2022 16:00
Baxış: 3 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 may tarixindən etibarən "ASAN login" sistemində qeydiyyat qaydaları dəyişir. Bu günədək saytda həm mobil nömrə ilə qeydiyyat, həm də videoqeydiyyat mövcud idi. Qeyd olunan tarixdən etibarən isə mobil nömrə ilə qeydiyyat ləğv ediləcək. Bəs sistemdə yeni qeydiyyat hansı formada olacaq?  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, may ayının 1-dən etibarən "myGov" portalında "ASAN Login" sistemində "Mobil nömrə ilə qeydiyyat" imkanı dayandırılacaq. Sistemdə qeydiyyat yalnız "Videoqeydiyyat" vasitəsi ilə aparılacaq. Elektron Hökumətin İnkişafı Mərkəzi, Rəqəmsal Kommunikasiyalar şöbəsinin rəhbəri Xəyalə Fətullayeva "Xəzər Xəbər"ə bildirib ki, videoqeydiyyat sistemi bu günə qədər sınanıb və uğurlu nəticə əldə edilib.

Qurumun rəsmisi bildirib ki, videoqeydiyyat prosesi 20 saniyəyə yekunlaşır. Bu isə vətəndaşın qeydiyyat prosedurunu asanlaşdırmaqla yanaşı, həm də xidmətdən daha tez istifadə etməsinə şərait yaradır.

Qeyd edək ki, "myGov" portalı qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Onlayn qaydada vətəndaşlar heç bir xidmət məntəqəsinə müraciət etmədən birbaşa internet üzərindən müraciət edərək qeydiyyatını tamamlaya bilirlər. Sistemdə qeydiyyat 2 formada həyata keçirilir: mobil nömrə və video qeydiyyat. Yeni qayda ilə artıq mobil nömrə ilə qeydiyyat prosesi dayandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.