Cəmiyyət

Avtoyuma məntəqələrində qiymətlər bahalaşıb - VİDEO

11 Aprel 2022 11:54
0 Şərh     Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son bir ay ərzində avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətləri təqribən 20 faiz artıb. Bu faktı həm sürücülər, həm də avtoyuma məntəqələrinin işçiləri təsdiqləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bahalaşmanın səbəbi xərclərin artması ilə əlaqələndirilir.

Avtomobil sürücüləri deyir ki, avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətində təqribən 20 faizlik artım var. Kiçik həcmli avtomobillərin yuyulması 5 manatdan 6 manata, iri həcmli avtomobillərin yuyulma qiyməti isə 10 manatdan 12 manata qədər artıb. Bəzi sürücülər qiymət artımının bir aydır hiss edildiyini deyir.

Çəkiliş apardığımız avtoyuma mənqətələrində də yeni qiymətlərin olduğunu təsdiqlədilər. Bildirilidi ki, hazırda şəhərdə əksər avtoyuma məntəqələrində kiçik avtomobillər 6 manata yuyulur.

Qiymət artımının səbəblərindən danışan avtoyuma işçisi deyib ki, bahalaşma həm müvafiq şampunların, dərmanların, həm də suyun qiymətinin son artımından sonra baş verib.

Çəkiliş apardığımız digər avtoyuma məntəqələrində də deyildi ki, xidmət haqqının artımı xərclərin yüksəlməsi ilə əlaqəlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.