Cəmiyyət

Mal-qara bazarında qiymətlər necədir? - VİDEO

11 Aprel 2022 14:24
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mal-qara bazarında həm alıcı, həm də satıcı çoxdur. Amma onlar qiymətlə bağlı heç cür razılığa gələ bilmirlər.

Alıcıların sözlərinə görə, bazarda qiymətlər artıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Qazax rayonunun heyvanın bazarında kiloqramı 10 manata satılan qoç əti indi 12-13 manatadır. 

Alıcılar isə mövcud qiymət artımını satıcıların fürsətdən istifadəsi kimi dəyərləndirirlər. Bir neçə həftə əvvəl satışa 160-180  manata çıxarılan qoç və ya quzu indi 200  manata təklif edilir. İribuynuzlu heyvanlar isə ətlik və ya südlük göstəricilərinə, çəkilərinə görə qiymətləndirilir. 

Ağdaş rayonunda olan heyvan bazarında da oxşar mənzərə var. Satan çox alan az. Satıcılar müştəri axtarır, alıcılar isə daha da ucuz almağa çalışır. Bazara çıxarılan heyvanların qiymətlərində artım var. Səbəb isə iri və xirda buynuzlulara tələbatın artaması və yem bitkilərinin baha olması göstərilir. Bazarda 120-150 manata balası ilə birgə satılan qoyun hazırda 155-170  manatadır.

Alıcılar isə qiymətlərin baha olmasına görə bazarın sonunu gözləyir.

Bazarlarda mənzərə fərqli olsa da, ətin qiymətində heç bir dəyişiklik olmayıb. Mal ətinin 1 kq-ı 11, quzu ətinin 1 kq-ı 12-13 manatadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.