Cəmiyyət

Bakı Dərin Özüllər Zavodunda qəza baş verib

10 Aprel 2022 19:34
0 Şərh     Baxış: 5 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

"BOS Shelf"dən bildiriblər ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.