Cəmiyyət

Ələtdəki Mədəniyyət evi baxımsız haldadır - VİDEO

6 Aprel 2022 20:30
0 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən şəhid Zaur Qurbanovun adını daşıyan Mədəniyyət evi baxımsız haldadır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mədəniyyət evinin döşəmələri sökülüb, tavanı isə uçub.

Sakinlər deyirlər ki, qəsəbənin yeganə mədəniyyət evi illərdir baxımsız vəziyyətdə qalıb.

Mədəiyyət evi ilə yanaşı onun qarşısında yerləşən, Nəriman Nərimanovun adını daşıyan 2,5 hektarlıq park da uzun müddətdir eyni aqibəti yaşayır.

Məsələ ilə bağlı qəsəbə bələdiyyəsinə getdik. Bələdiyyə sədri Azad Musayev bildirdi ki, Mədəniyyət evi və park "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Sözügedən məkanların abadlaşdırılması üçün aidiyyəti üzrə müraciət edilib.

Mədəniyyət evi və parkın nə zaman abadlaşdırılacağını dəqiqləşdirmək üçün Azərbaycan Dəmir Yolları" QSC ilə də əlaqə saxladıq. Qurum məsələyə münasibət bildirməkdən imtina etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.