Cəmiyyət

Xüsusi müsadirə institutu yaradılacaq

5 Aprel 2022 07:44
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda xüsusi müsadirə institutu yaradılacaq.

Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə görə, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması (aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və sair) ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlanması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.