Fərrux yüksəkliyində itkin düşən 62 hərbçidən biri də Mehman Eminovdur.
İctimai TV Mehman Bəhram oğlu Eminovun ailəsi ilə söhbətləşib.
Hərbi komissarlığa adını valideynlərdən xəbərsiz yazdıran Mehman Eminovun ailəsi hələ də ondan xəbər gözləyir.
Mehman Zaqatalanın Suvagil kəndində doğulub boya-başa çatıb. Adının televiziyada və sosial şəbəkələrdə yayımlanmasından sonra Eminovlar ailəsində bir canlanma, ümid, inam yaranıb. Ailə üzvləri 30 ilə yaxındır səbr edərək, Mehmanın sağ-salamat qayıdacağına inanır.
Daha ətraflı süjetdə:
Milli.Az