Cəmiyyət

Binanın həyətində tikinti aparırlar - Sakinlər narazıdır - VİDEO

4 Aprel 2022 15:36
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə tikintisi davam edən bir obyekt bina sakinlərinin narazılığına səbəb olub. Sakinlər ərazidə avtoyuma məntəqəsinin inşa edildiyini iddia edirlər. Onların sözlərinə görə sözügedən obyekt binanın həyətinin istirahət sahəsini xeyli məhdudlaşdıracaq, operativ nəqliyyat vasitəsitələrinin hərəkətinə çətinlik yaradacaq. Obyekt sahibi ilə əlaqə saxlamağa çalışsaq da, o, əraziyə gəlməkdən imtina edib. Şəhər icra hakimiyyətindən bildirilib ki, orada avtoyuma məntəqəsinin tikintisi üçün icazə verilməyib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, binanın həyətində avtoyuma məntəqəsinin tikilməsi iddiaları sakinlərlə obyekt sahibini üz-üzə qoyub. Ərazidə yaşayanlar bunun yolverilməz olduğunu, obyektin binanın istirahət sahəsini zəbt etidyini iddia edirlər. Görüntülər Gəncə şəhərinin Atatürk prospektindəndir. 

Sakinlər iddia edirlər ki, bu kimi tikililər xüsusi hallarda məhəlləyə daxil olmaq istəyən operativ nəqliyyat vasitələri üçün əlavə çətinliklər yaradır. 

Sakinlərin iddialarına cavab vermək üçün obyektin sahibi ilə əlaqə saxlasaq da, o şifahi olaraq əraziyə gəlməyəcəyini bildirib.

Məsələ ilə bağlı Gəncə Şəhər İicra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən verilən məlumata görə sözügedən ərazidə avtoyuma məntəqəsinin tikilməsi üçün icazə verilməyib və inşaatın dayandırılması üçün polisə müracət olunub. 

Daxili işlər nazirliyinin əməkdaşı Eşqın Qasımov məsələnin məhkəmə yolu ilə həll edilə biləcəyi bildirilib.

Qeyd edək ki, yeni tikilən obyektə bərbərxana fəaliyyəti üçün texniki pasport verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.