Cəmiyyət

Bakıda avtomobil betona çırpılıb, xəsarət alan var - FOTO

2 Aprel 2022 08:42
0 Şərh     Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Dairəvi yolunda yol qəzası zamanı sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Dairəvi şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Mehdi Ağayev idarə etdiyi "Volkswagen" markalı avtomobildə sükana nəzarəti itirib.

Qəfil idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı beton arakəsməyə çırpılıb.

Zərbə zamanı sürücü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.