Cəmiyyət

Bakıda yol qəzası zamanı bir nəfər ölüb - FOTO

2 Aprel 2022 08:12
0 Şərh     Baxış: 871
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza aeroport şossesində qeydə alınıb.

"Opel" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman eyni istiqamətdə gedən motosikletə çırpılıb.

Zərbənin təsirindən motosikletin sürücüsü bir neçə metr irəliyə düşüb.

Motosiklet sürücüsü, təxminən 25 yaşlı şəxs xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Onun kimliyi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilir.

Avtomobilin sürücüsü isə izahatı alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Avtomobil və deformasiyaya uğramış motosiklet cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.