Cəmiyyət

Tovuzda şəkər xəstələri dərman tapa bilmirlər - VİDEO

30 Mart 2022 17:12
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda şəkər xəstəliyindən əziyyət çəkən pasiyentlər dərmanlarını ala bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən pasiyentlər dərman almaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısına toplaşırlar.

Xəstəxananın qarşısında növbə gözləyən insanlar çox vaxt dərmansız evlərinə dönməyə məcbur olduqlarını bildirirlər. Bir iş günü ərzində azı 150 nəfərə yaxın xəstə dərman üçün növbə gözləyir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında cəmi bir endokrinoloq var. Dərmanlar isə əvvəllər kəndlərdəki tibb məntəqələrində paylanırdı. Sonradan bütün dərmanlar yalnız  xəstəxananın özündə verilməyə başlayıb. Bundan sonra da kəndlərdəki xəstələr günlərə bölünüb ki, bu cür mənzərə yaranmasın. Amma növbəlilik prinsipi də özünü doğrultmayıb.

Hazırda Tovuz Rayon Mərkəzi Xəstəxanasında bu cür vəziyyət davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.