Cəmiyyət

Əhalini sevindirəcək XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq - Ətraflı VİDEOda

30 Mart 2022 16:06
1 Şərh     Baxış: 1 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq.

Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb.

Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq.

İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır.

Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillər yeni sənaye sahəsinin məhsulu olduğuna görə dünya bazarında yüksək qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, bu tip avtomobillərin Azərbaycana idxalı zamanı rüsumun tətbiq edilməsi onların qiymətinə ciddi təsir edir. Xalid Kərimli qeyd edib ki, təkliflər qəbul olunarsa, qiymətlər enəcək və ekoloji təmiz avtomobillər daha əlçatan olacaq.

Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərdən geniş istifadə üçün paytaxtla yanaşı bölgələrdə də enerji doldurma məntəqələri qurulmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.