Cəmiyyət

Polisin AXCP üzvünün maşınından pul götürməsi iddiasına - DİN-dən reaksiya

24 Mart 2022 21:56
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev iddia edir ki, o saxlanılan zaman polis əməkdaşları onun avtomobilindən pul götürüblər.

Elxan Əliyevin avtomobilindən 2500 manat pulun oğurlanması ilə bağlı iddialar araşdırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, avtomobil saxlandığı 24 saat ərzində onun olduğu küçənin kamera görüntüləri çıxarılıb və yoxlanılıb:

"Avtomobilə pulun götürülməsi ehtimal olunan vaxt aralığında - 24 saat ərzində onun tanışı olan iki şəxs yaxınlaşıb. Digər şəxslərin, polis əməkdaşlarının avtomobilə yaxınlaşdığı müşahidə olunmayıb. Həmin görüntülər Elxan Əliyevə göstərilib. Onun avtomobilinə yaxınlaşan və tanışları olan həmin iki nəfərin 2500 manatı götürüb-götürməməsi araşdırılır. E.Əliyevə təqdim olunan videogörüntülərdən məmnunluğunu bildirib və aclığı dayandırıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.