Cəmiyyət

Tikinti materialları bahalaşdı - Evlərin qiyməti qalxacaq? - VİDEO

16 Mart 2022 14:12
0 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadan ölkəmizə inşaat materiallarının idxalı azalıb. Satıcılar belə deyirlər. Onların sözlərinə görə, hətta son günlər bəzi tikinti materiallarının qiymətində artım da müşahidə olunur. 

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, satıcılar deyir ki, armatur və digər tikinti materialları da bahalaşıb. 

Qiymət artımı mənzil bazarına da təsirsiz ötüşməyəcək. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bu fikirdədir. Onun sözlərinə görə hazır ki vəziyyət belə davam edərsə, bahalaşma qaçılmaz olacaq. 

Ramil Osmanlı Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanda olan mülklərinikütləvi satışa çıxarma ehtimalını da real hesab etmir. 

Ekspert Qərbin sanksiyaları fonunda rublun dəyərdən düşməsini Rusiyada yaşayan azərbaycanlı iş adamları üçün fürsət olduğunu bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.