Cəmiyyət

Hüquqi şəxslə təsisçisi arasında vergilər necə tənzimlənir?

21 Mart 2022 20:35
0 Şərh     Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.