Cəmiyyət

Dörd rayonda qaz olmayacaq

10 Mart 2022 11:36
Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" İdarəsinə məxsus "Astara-Qazıməmməd" magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə "mavi yanacağ"ın verilməsində məhdudiyyət yaranıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.