Cəmiyyət

Əlillərin metrodan istifadə problemi - Niyə panduslar yoxdur? - VİDEO

26 Fevral 2022 15:46
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın ictimai nəqliyyat yükünün böyük bir hissəsi də Bakı Metropoliteninin üzərinə düşür. Ona görə də, istər sərnişinlərə göstərilən xidmətlər, istərsə də, infrastruktur baxımdan metronun daim yenilənməsi, müasirləşməsi vacibdir. Bu istiqamətdə davamlı olaraq işlər də görülür. Ancaq metrodan istifadə heç də hər kəs üçün əlçatan deyil. Yəni bu gün əlilliyi olan şəxslər, xüsusilə də əlil arabası ilə hərəkət edənlər Metropolitenin xidmətlərindən yararlanmaqda çətinlik çəkirlər. Belə ki, bir çox stansiyalara daxil olmaq üçün panduslar yoxdur. Nəticədə belə insanlar metroya daxil olarkən başqalarının köməyinə ehtiyac duyurlar.  Eyni çətinliklə azyaşlı övladı olanlar  da qarşılaşırlar.

Problem, xüsusilə, daha əvvəl tikilən metrostansiyalarda müşahidə olunur. Ancaq son dövürlər bu amil nəzərə alınıb. Məsələn 8 noyabr stansiyasında əlil arabası ilə hərəkət edənlər həm eskalatırlardan, həm də xüsusi liftlərdən istifadə edə bilərlər.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, problem daha çox Sovetlər dövründə tikilən stansiyalarda mövcuddur. Onlara da sonradan müdaxilə etmək mümkün deyil. Yəni bu proses stansiyanın yenidən tikilməsi qədər çətindir.

Bəxtiyar Məmmədovun sözlərinə görə son  istifadəyə verilən 3 stansiyada liftlər quraşdırılıb. Bənövşəyi xəttə olan digər stansiyalarda da liftlərin quraşıdırlması nəzərdə tutulub.  Metropoliten sözcüsü bununla bağlı başqa layihələrin də həyata keçirildiyini bildirir.

Bəxtiyar Məmmədov əlilliyi olan şəxslərin araba ilə metroya tək enmələrini tövsiyə etmir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.