Cəmiyyət

Kürdəmir sakini evində ölü tapılıb

19 Fevral 2022 08:14
0 Şərh     Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir sakini evində ölü tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun İslam Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 48 yaşlı rayon sakini Əliyev Laçın Aydın oğlu yaşadığı evdə dünyasını dəyişib.

L.Əliyevin qəfil ölümündən heç kimin xəbəri olmayıb. Yalnız bir neçə saatdan sonra qardaşı onun meyitini aşkar edərək aidiyyəti üzrə xəbər verib.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.