Cəmiyyət

“Orada heç kim döyülməyib, sadəcə deyiblər, çəkiliş aparmayın” - DİN

17 Fevral 2022 22:24
1 Şərh     Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfondən şiddətə məruz qaldıqlarını iddia ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu iddialara cavab verib.

"Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, həmin şəxslərə xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.