Cəmiyyət

Sabunçu rayonunda yol qəzası baş verib

17 Fevral 2022 08:38
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobilin çarxının qırılması qəzaya səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Renault" markalı avtomobil şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman qəfildən ön sol çarxı sıradan çıxıb.

Bu zaman sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi digər zolaqda hərəkətdə olan "Ford" markalı maşına çırpılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.