Cəmiyyət

Belə baş ağrıları ölümcül xəstəliklərin simptomudur

15 Fevral 2022 01:01
0 Şərh     Baxış: 2 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş ağrısı insanlar arasında ən yayılmış pozulmalardan biridir.

Saglamolun.az bildirir ki, əksər hallarda baş ağrısı heç bir təhlükəli xəstəliyə işarə etmir. Lakin bəzən baş ağrısı çox ciddi xəstəliyin simptomu kimi meydana çıxır.

Beləliklə, nə zaman baş ağrısı təhlükəli xəstəliyə işarə edir?

Qusma ilə müşayiət olunan səhər baş ağrısı beyin şişinə işarə edə bilər.
Baş ağrısı yüksək qızdırma ilə müşayiət olunduqda bu meningitin (beyin qişalarının iltihabı) simptomu ola bilər.
Qəfildən başlayan çox güclü baş ağrısı beyində anevrizmanın partlanmasına işarə edə bilər.
Ürəkbulanması, qusma, başgicəllənməsi, görmənin və nitqin pozulması, bədəndə zəiflik (adətən birtərfli) kimi simptomlar güclü baş ağrısı ilə müşayiət olunursa bu insulta işarə edir.
Həmçinin baş ağrısında hər hansı dəyişiklik əmələ gəldikdə, baş ağrıları həftədə 2 dəfə və daha tez-tez təkrar olunduqda mütləq həkimə müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.