Cəmiyyət

Həkimlər vətəndaşlara çağırış edir: diqqətli olun - VİDEO

7 Fevral 2022 14:48
0 Şərh     Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda ölkəmizdə koronavirusa yoluxan insanların böyük əksəriyyəti bu xəstəliyi daha yüngül keçirir. Ağırlaşmaların sayı xeyli azlıb. Bunun başlıca səbəbi vaxtında və kütləvi şəkildə reallaşdırılan peyvəndləmədir. Həkimlər çağırış edir, vətəndaşlar gecikmədən "buster" dozanı qəbul etməli, sağlamlığını diqqətdə saxlamalıdır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirusa yoluxub, xəstəliyi yüngül  keçirənlərin ən böyük müdafiəçisi vurulan vaksinlərdir. Peyvəndləmənin vaxtında və düzgün şəkildə reallaşdırılması nəticəsində bu gün ağırlaşan xəstələrin sayı xeyli azalıb.

Daxili xəstəliklər uzmanı, Səhiyyə Nazirliyinin həkim- eksperti  Zakir Quliyev deyir ki, hazırda koronavirusa yoluxan əksər insanlar bu xəstəliyi yüngül keçirir. Bunun əsas səbəbi isə peyvəndləmədir. 

Həkim deyir ki, peyvəndləmə ölkəmizdə  kütləvi şəkildə həyata keçirildiyi üçün bu günki qayda-qanunlar daha yumuşaq və daha qısa müddətlidir. Karantin müddəti 14 gündən 7 günə endirilib, qapanmalar, demək olar ki, yoxdur, reanimayiyalarda sıxlıq müşahidə edilmir, xəstələr daha tez və ev şəraitində sağalırlar. Həkim tendensiyanın bu cür davam etməsi üçün insanları "buster" dozaya səsləyir. 

Həkimin sözlərinə görə, bu ilin sonuna doğru pandemiyanın bitməsi gözləniləndir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.