Cəmiyyət

Zaqatalada meşəlik ərazidə yanğın olub

5 Fevral 2022 20:09
0 Şərh     Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada meşəlik ərazidə yanğın olub.

Bu gün günorta saatlarında rayonun Lahıc kənd inzibati ərazisində, kənd bələdiyyəsinə məxsus meşə sahəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyətləri və yerli sakinlər cəlb edilib. Yanğın nəticəsində meşəlik sahənin 2 hektar ərazisində kol-kos, quru ot, xəzəl, qurumuş ağaclar və budaqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.