Cəmiyyət

Naxçvanda qanunsuz və qeydiyyatsız olan 23 əcnəbi aşkarlanıb

5 Fevral 2022 08:38
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 23 əcnəbi aşkarlanıb.

Bu barədə Milli.Az Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 329 müraciət qeydə alınıb. Müraciətlərdən 116-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğulluq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.