Cəmiyyət

Bakıda orta məktəbin divarını kim söyüşlərlə "bəzədi"? - VİDEO

4 Fevral 2022 20:36
1 Şərh     Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın əksər küçələrinin divarlarını bax bu cür anlaşılmaz yazılar və qeyri-etik ifadələr bəzəyir. Düzü bu yazılara çox yerdə rast gəlsək də bəzən fikir vermirik. Ancaq bizim diqqətimizi çəkən məqam isə bu cür yazı olan divarın məktəb binasına aid olmasıdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəlkə də, divarları yazanlar düşünürlər ki, etdikləri hərəkətlər insanlar tərəfindən bəyənilir. Ancaq bu, heç də belə deyil. Çünki heç kim yaşadığı ərazi, qəsəbə və ya şəhərdə bu cür qeyri-etik ifadələrlə, təsvirlərlə qarşılaşmaq istəmir.

Yəqin ki, belə yazıları yazan şəxslər etdiyi hərəkətlərə görə məsuliyyət daşıdıqlarından da xəbərsizdilər. Özü də qanun çərçivəsində. Hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, yaşayış məntəqələrinin divarlarında, dayanacaqlarda və buna oxşar bir sıra ictimai yerlərdə yazı və ya hansısa təsvirin qeyd olunması inzibati məsuliyyəti daşıyır.

Qanun yetkinlik yaşına çatmayan şəxslərə yanaşmada bir qədər fərqlidir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən sorğumuza cavab olaraq bildirildi ki, bu cür yazı və təsvirlər qeyd olunmuş divarlar xüsusi vasitələrlə mütəmadi yuyulub, təmizlənir. İnfrastruktura daha ciddi zərər vurulduqda isəhüquq mühafizə orqanlarına müraciət olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.