Cəmiyyət

Bərdə-Ağdam dəmir yolunda tikinti işləri nə yerdədir? - VİDEO

4 Fevral 2022 13:56
0 Şərh     Baxış: 1 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 47,1 km. olan dəmir yolu xəttində tikinti prosesinə 2020-ci ilin dekabrından başlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Babayevanın sözlərinə görə, tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə yolun 20,8, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə yolun 26,3 km-ni əhatə edir.

Qurum rəsmisi əlavə edib ki, Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.