Cəmiyyət

İcbari sığorta növlərini niyə elektron formada əldə etmək mümkün deyil? - VİDEO

2 Fevral 2022 14:32
0 Şərh     Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İcbari Sığorta Bürosu həm şəxsi kabinet formalaşdırıb, həm də şəxsi məlumatları yenidən tələb edir. Heç bir icbari sığorta növünü elektron formada əldə etmək mumkün deyil".

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə deyir.

Onun sözlərinə görə, onlayn formada icbari xidməti yenidən əldə etmək imkanı yaradılsa da, sistem işləmir.

Osman Gündüz deyir ki, İcbari Sığorta Bürosu hələ iki il öncə vətəndaşlara şəxsi kabinet formalaşdırmaq imkanı yaratmışdı. Hətta ASAN imza ilə giriş imkanı da vermişdi. Amma bu kabinetdən sığorta şirkətlərinə çıxış və başa çatan sığortanın yenilənməsi imkanları yoxdur və 5 icbari sığorta növünün heç biri elektronlaşdırılmayıb.

Onun sözlərinə görə, hazırda şəxsi kabinet sadəcə görüntü xatirinə, yalnız məlumatlara baxmaq üçün formalaşdırılıb.

Mövzuya münasibət bildirən səsləndirilən iddialara cavab verən İcbari Sığorta Bürosundan bildirildi ki, şəxsi kabinet sığortalının özünə məxsus olan sığorta şəhadətnamələrinə və həmin şəhadətnamələrə bağlı sığorta hadisəsi məlumatlarına baxması üçündür. Şəxsi kabinetə daxil olan vətəndaşdan əlavə məlumat tələb olunmur, çünki şəxsin kimliyi daxil olduğu ASAN imza vasitəsilə sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müəyyən edilir. Vətəndaşa aidiyyəti olan dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya gəlincə, bürodan bildirildi ki, Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və elektron imza vasitələrinin sertifikasiya mərkəzləri ilə İcbari Sığorta Bürosu arasında inteqrasiya aparılıb. Müvafiq olan digər qurumlarla inteqrasiyaya ehtiyac var və bununla əlaqədar olaraq sığorta sektoruna nəzarət funksiyasını həyata keçirən Mərkəzi Bank tərəfindən müvafiq işlər aparılmaqdadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.