Cəmiyyət

Bakıda sərnişin avtobusu maşına çırpıldı - FOTO

29 Yanvar 2022 08:43
0 Şərh     Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

"Daewoo" markalı 108-B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü Vüsal Məmmədov sükana nəzarəti itirərək yol ayrıcında olan "Opel" markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitəsi zərbənin gücündən işıq dirəyinə dəyərək dayanıb. Avtobus isə işıqfora çırpılıb. Hadisənin səbəblərini Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.