Cəmiyyət

İnternetdən kompüter sifariş etdi - 1 aydan çoxdur ki, heç bir xəbər yoxdur - VİDEO

25 Yanvar 2022 17:48
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatlarından sifariş etdiyi "notebook"dan 1 aydan çoxdur ki, heç bir xəbər yoxdur. Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, müraciət edən vətəndaş belə bir iddia ilə çıxış edib. Daşıyıcı şirkət isə iddianın doğru olmadığını deyir. 

Paytaxt sakini Pərvin Əliyev ABŞ-dan notebook sifariş etdiyini, lakin 1 aydan çoxdur ki, sifarişinin yerinə yetirilmədiyi iddia edir.  

Daşıyıcı karqo şirkətindən şikayət edən Pərvin Əliyevin sözlərinə görə, ötən ilin dekabr ayının 8-də verdiyi sifarişi sözügedən daşıyıcı şirkət hələ də təhvil verməyib.

Pərvin Əliyev deyir ki, əvvəlcə şirkətin sosial media hesablarına müraciətlər edib. Bu müraciətləri cavabsız qaldığı üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, bu dəfə də zəngləri cavablandırılmayıb. Növbəti dəfə şikayətçi şirkətin ofisinə getməli olub. Son olaraq ona bildirilib ki, məhsul şirkətin Amerikada olan anbarına təhvil verilməyib.

Sözügedən daşıyıcı şirkət ilə əlaqə saxlayıb, məsələ ilə bağlı onları məlumatlandırdıq. Şirkətdən vətəndaşın iddiasının doğru olmadığı deyilsə də, məsələyə ətraflı münasibət bildirməkdən imtina etdilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.