Cəmiyyət

ŞOK İDDİA! Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir - AÇIQLAMA

22 Yanvar 2022 22:37
0 Şərh     Baxış: 1 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gözəllik salonlarında narkotik vasitələrin satışı ilə bağlı daxil olan məlumatların heç biri öz təsdiqini tapmayıb.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan "Gəncsən" verilişində çıxışı zamanı deyib.

O bildirib ki, tərəfimizdən daxil olan məlumatlar əsasında əməliyyat tədbirləri həyata keçirilib:

"Hər hansı gözəllik salonunda xanımlara narkotik vasitələrin təklif olunması ilə bağlı bu günə qədər məlumat yoxdur. Hələ ki, bu fakta rast gəlinməyib. Daxil olan məlumatlar mütəmadi yoxlanılır".

Eyni zamanda, ölkə daxilində narkotik vasitə hazırlanan laboratoriyaların olduğuna dair iddiaların da yayıldığını deyən A.Qafarov bunun da həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:

"Ötən il məlumat yayılmışdı ki, xaricdən gəlib burada narkotik istehsal edirlər. Araşdırmalar aparıldı və bu kimi məlumatların həqiqəti əks etdirmədiyi sübuta yetirildi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.