Cəmiyyət

Salman Farisi ikiqat savab qazanan səhabədir

22 Yanvar 2022 23:40
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salman Farisi Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - məşhur səhabəsi, ikiqat savab qazanan möminlərdəndir. Uca Allah belələri barədə buyurur: "Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: "Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!"- deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər" (əl-Qəsəs, 52-54).
Peyğəmbər demişdir: "Üç sinif insan vardır ki, onlar ikiqat savab qazanır: Əvvəlcə öz peyğəmbərinə, sonra da Muhəmmədə iman gətirmiş Kitab əhli ikiqat savab qazanır. Həm Allahın, həm də ağasının haqqını ödəyən kölə (ikiqat savab qazanır). Kənizinə yaxşı təlim-tərbiyə keçən, sonra onu azad edib onunla evlənən kişi ikiqat savab qazanır" (Ədəbul-Mufrəd, 203).
Salmandan kimin oğlu olduğunu soruşduqda atasının adını deməz, sadəcə "mən Salman ibn İslamam"- deyərək özünün İslam dininə mənsub olduğunu bildirərdi. Salman Farisinin fəzilətinə dair ikicə hədis qeyd etsək kifayət edər: Əbu Hureyrə demişdir: "Bir dəfə biz Peyğəmbərin yanında ikən ona "əl-Cumuə" surəsi nazil oldu: "Allah səni hələ müsəlmanlara qoşulmamış, başqalarına da elçi göndərmişdir..." Mən soruşdum: "Kimdir onlar, ya Rəsulullah?" O, mənə cavab vermədi. Mən sualımı üç dəfə təkrar etdim. Həmin vaxt Salman Farisi bizim aramızda idi. Peyğəmbər əlini Salmanın ayağının üstünə qoyub dedi: "Hərgah iman Sürəyya ulduzunun yanında olsaydı, bu adamlar ora da gedib çıxardılar" (Səhih əl-Buxari, 4897). Digər hədisdə Peyğəmbər belə buyurmuşdur: "Cənnət üç nəfər üçün darıxır: "Əli ibn Əbi Talib, Ammar ibn Yasir və Salman Farisi"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.