Dərsliklərdə aşkarlanan səhvlər - məsuliyyəti kim daşıyır? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər orta məktəb dərsliklərində səhvlərin olması ilə bağlı müzakirələr genişlənməkdədir. Özü də bu dəfəki səhv hərf və ya rəqəm kimi texniki yox, birbaşa tarixin saxtalaşdırılması kimi xarakterizə edilir. Dərsliklərdəki səhvlərə görə kimlər məsuliyyət daşıyırlar? Təhsil Nazirliyi məsuliyyətin nəşriyyatlara aid olduğunu, ekspertlər isə əsas məsuliyyəti Təhsil Nazirliyinin daşıdığını bildirirlər.
Bu günlərdə 4-cü sinfin rus dili dərsliyində 20 yanvar hadisələri ilə bağlı buraxılan ciddi səhv sosial şəbəkələrdə və xəbər saytlarında geniş müzakirə edilməkdədir. Mətndə sovet ordusunun əliyalın insanları qətlə yetirməsi ilə bağlı məqamlar təhrif olunub. Bu yanaşma isə sosial şəbəkələrdə tarixçilər və ictimai şəxslər tərəfindən ciddi tənqid ilə qarşılanıb. Məsələnin bu cür ifadə edilməsi tarixin təhrif edilməsi kimi qiymətləndirilib.
Məsələ ilə bağlı açıqlama yayan nəşriyyat artıq səhvin aradan qaldırıldığını bildirsə də, bu hadisə məktəblərdə tədris olunan dərsliklərə nəzarət məsələsini gündəmə gətirir. Belə bir sual ortaya çıxır: Təhsil Nazirliyinin müəssisələrində tədris olunan kitablar qurum tərəfindən nəşr edilmədən öncə yoxlanılmırmı? Nazirlikdən bu suala cavab olaraq "Xəzər Xəbər"ə bildirildi ki, həmin dərsliklərdə səhvlərə görə məsuliyyət daşımalı olan nəşriyyatlardır.
Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, məktəbdə keçilən dərsliklər nəşr edilməzdən öncə Təhsil Nazirliyinin elan etdiyi tenderdə iştirak edirlər və onların yoxlanması da birbaşa nazirlik tərəfindən həyata keçirilir.
Kamran Əsədov onu da qeyd edir ki, yeni dərs ili başlamazdan öncə Təhsil Nazirliyi bütün səlahiyyətləri müəlliflərdən alır və kitabların çapı barədə qərar qəbul edir.
Kamran Əsədovun sözlərinə görə, kitablarda səhvlərin yaranmasının obyektiv səbəblərindən birinin də Təhsil Nazirliyinin müəlliflərə bunun üçün çox az - cəmi 6 ay vaxt verməsidir. Bu isə kitablardakı qüsurların sayının artmasına səbəb olur. Ekspert deyir ki, dərslikləri monitorinq edən şəxslərin bilik və bacarıqlarının da aşağı səviyyədə olması çoxsaylı nöqsanların ortaya çıxmasının səbəblərindən biridir.
Bir neçə dərsliyin müəllifi olan Sübhan Musayev deyir ki, dərslik yazarları bu vəsaitlərin böyük auditoriyanı əhatə edəcəyini və üstəlik, məktəbdə tədris ediləcəyini nəzərə alaraq məsələyə çox ciddi yanaşmalıdırlar. Ancaq nə qədər diqqətlə hazırlansa belə, bəzən səhvlər qeydə alına bilir. Müəllifin sözlərinə görə, belə nöqsanların qarşısının alınmasında həmin dərsliklərdən istifadə edən hər kəs maraqlı olsa, onda nöqsanları minimuma endirmək daha asan olar.
Onu da qeyd edək ki, son zamanlar dərsliklərdə məzmun və digər səhvlərə tez-tez rast gəlinir. Xüsusilə də səhvlər daha çox aşağı siniflərin istifadə etdiyi dərs vəsaitlərində qeydə alınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı





