Cəmiyyət

Azərbaycanda şok - universitetin həyətini elan saytında satışa qoydular - Təhsil ocağından AÇIQLAMA - FOTO

19 Yanvar 2022 11:54
1 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Mühəndislik Universiteti ölkənin yaxşı ali məktəblərindən hesab edilsə də, zaman-zaman adı qalmaqallı məsələlərdə hallanıb. Bu dəfə universitetin şəkli elan saytlarının birində yerləşdirilərək həyətyanı sahəsinin kirayə verildiyi qeyd edilib.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
Təbii ki, bu paylaşım heç də xoş qarşılanmayıb. Universitetin keçmiş tələbələri universitetin bu tip elanda adının hallanmasına təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Mühəndislik Univeristetinin mətbuat katibi Elman Babayevlə əlaqə saxladıq. O, elanla bağlı məlumatsız olduğunu qeyd edib:

"Bu haqda heç bir məlumatımız yoxdur. Universitetin həyətində belə bir şeyin olması təbii ki, mümkünsüzdür. Məsələ ilə bağlı araşdırma edəcəyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.