“Səkkiz bacı-qardaşıq, içərisində ən varlısı mənəm” - Tahir Kərimli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli haqqında səsləndirilən iddialarla bağlı danışarkən deyib.
O qardaşları və bacısı oğlu ilə bağlı səsləndirilən iddialar barədə danışıb:
"Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.
Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.
Bu böhtanlar nəyə lazımdır? Hardadır bizim biznesimiz? Mənim hər hansı bir sahədə biznesim yoxdur. Nə də övladlarımın, qardaşlarımın. Qardaşlarım da o vaxtdan indiyə kimi işsizdir. Hardadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki, öz rayonumda balaca bir evim olsun, gedim-gəlim. Çünki mənim dəfn olunası yerim oradır.
Bir qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir, gəlib, Bakıda kirayədə yaşayır, işsizdir. Digər qardaşım da anadan olmadan əvvəl atamın tikdiyi evdə yaşayır. Mən İsmayıllıdakı taxta evdə yaşayıram. Şükür Allaha, vaxtilə dövlətin Bakıdan verdiyi evi var, ora sığınmışıq. Hanı bu villalar?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir - (Canlı yayım/Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək





