Vətən Müharibəsi şəhidləri barədə qeydlər əlyazma ilə dəftərə köçürülüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Tural Nəbiyev məlumat paylaşıb.
O bildirib ki, bu dəftərdə 27 sentyabrda başlanan Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın adları, rütbələri, hansı rayon, şəhər, qəsəbə və kəndə yola salınması qeyd edilib:
"Bu, bir məsciddən, bir bölgədən 1800-dən artıq şəhid yola salmış, hansı gün, hansı təcili tibbi yardım maşını ilə və kim aparıb deyə qeydlər edən Axund Nərimanın qeydləri olan dəftərdir".
Milli.Az