Cəmiyyət

Saç əkdirmənin fəsadları

6 Mart 2012 12:15
8 Şərh     Baxış: 30 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Ekspress" qəzeti yazır ki, indi, demək olar ki, əksəriyyət saç tökülməsindən şikayətlənir. Rejimsiz qidalanma, saçlara düzgün qulluq edilməmə, stres, depressiya, ekoloji faktorlar saçların tökülməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, hər bir normal insanın başından gündə 10 tük tökülməlidir. Bu saçların tökülməsi seyrəlməyə səbəb olmur. Proteinli qidalardan sui-istifadə, dəmir və sink çatışmazlığı, saçların tez-tez yuyulması, jele və ya lakdan istifadə saçların tökülməsi ilə nəticələnir. Bəs saçlar töküldükdən sonra nə etməli?

Müasir dövrdə saç əkimi əməliyyatlarının həyata keçirilməsi adi hal alıb. Plastik cərrah İlyas Axundzadənin sözlərinə görə, saç əkimi əməliyyatı zamanı ənsə nahiyəsindən alınan tüklər mikroskop altında mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra problemli nahiyəyə əkilir. Əməliyyat saç əkiləcək sahədən asılı olaraq, 2-4 saat çəkir. Həkim bildirir ki, saç əkdirən şəxs bu günə kimi edilən bütün əməliyyatları (yuma, boyama və kəsdirmə) eynilə həyata keçirə bilər. Saçlar əkildikdən 3-6 ay sonra çıxmağa başlayır. Yaxşı nəticə əldə etmək üçün isə 8 ay gözləmək lazımdır.

"Əməliyyatlar ağrısız həyata keçirilir. Əməliyyatların qiyməti əkilən saçların sayından asılıdır. Tam allopsiya (dazlıq) zamanı saçların əkilməsi həm xəstə, həm də həkim üçün uzun və zəhmətli bir prosesdir" deyən İ.Axundzadə saç əkimi əməliyyatlarının heç bir fəsadı olmadığını bildirir.

Tibb elmləri doktoru Akim Muxtarovun sözlərinə görə, saç tökülməsinin əsas səbəblərindən biri saç kökünün-soğanağının yaxşı qidalanmamasıdır. "Orqanizmdə olan bakteriyalar, viruslar, göbələklər tük soğanaqlarına ilişib qalır və tük soğanaqlarını məhv edir. Tük soğanağı birbaşa hava ilə təmasda olduğu üçün saçlar müxtəlif rənglərdə olur. Tükün soğanağına gedən mikroarteriyalar sıradan çıxdığı üçün saçlar tökülür".

Həkim hal-hazırda reklam edilən saç tökülməsinin qarşısını alan şampun və dərmanların kimyəvi tərkibdə və bu məhsulların insan orqanizminə zərərli olduğunu bildirir. "Bu şampunlar 3-4 ay istifadədən sonra saçların sürətli tökülməsinə səbəb olur. Mən məsləhət görərdim ki, saçların tökülməsindən şikayətlənənlər təbii tərkibli məhsullardan istifadə etsinlər".

A.Muxtarov saç əkilməsinin də müvəqqəti xarakter daşıdığını bildirir. Onun fikrincə, saç tökülübsə, deməli, tükün soğanağı artıq məhv olub. "Özünüz düşünün, əvvəlki tük olan yerdə soğanağın qidalanması normal olardısa, saç tökülməzdi. Arxada saç olan yerdən götürüb önə əkmək nə qədər düzgündür? Əkmə əməliyyatı zamanı saçın kökünə damar verilmir, qidalandırılmır. Ölmüş toxumanı arxadan götürüb önə əkirlər ki, bu da müəyyən müddət qaldıqdan sonra qidalanma, oksigen alma olmadığından, maddələr mübadiləsi həyata keçirilmədiyi üçün əkilən saçlar tökülür. Nə qədər ki, tükün soğanağı qurumayıb, əkilən saçlar qalır, soğanaq quruduğu zaman əkilən saçlar tökülür".

Həmsöhbətimə görə, saç əkmə əməliyyatlarının digər bir problemli tərəfi isə əməliyyat zamanı başın dərisinə təsadüfi düşə biləcək infeksiyalardır. Belə ki, onun sözlərinə görə, bu əməliyyatlar kifayət qədər steril şəraitdə keçirilsə də, təsadüf nəticəsində dəriyə düşmüş infeksiyalar müxtəlif xəstəliklərə səbəb ola bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.