Cəmiyyət

Turist axını qiymətləri "qızışdırdı" - Bölgələrdə kirayə ev tapmaq çətinləşir

25 İyun 2025 14:30
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgələrdə bəzi ərazilərə kirayə evlər bahalaşıb, bəzi yerlərdə isə ucuzlaşıb. 

Bəs rayonlarda kirayə evlərin qiyməti necədir? 

Milli.Az xəbər verir ki, turist zona hesab edilən İsmayillıda tətil mövsümünün başlaması ilə kirayə evlərə tələbat artıb.

Rieltorlar bildirir ki, son bir neçə gündür ki, paytaxtdan və digər bölgələrdən turist axını olduğundan qiymətlər artıb.

"Bir otaqlı adi kənd evinin qiyməti 50-60 manat arasıdır. 2-3 otaqlı adi kənd evləri isə 70-80 manat, 4-5 otaqlı evlər isə 100-150 manatdır. A-frame evlər isə hovuzsuz 80 manat, hovuzla isə 150-200 manat arası dəyişir. Son zamanlar insanlar 2-3 ailə birlikdə yığışıb gəlirlər. 

Şəkidə isə qiymətlər evin yerləşdiyi əraziyə görə dəyişir. Şəkinin bəzi yerləri var ki, orda evlər 2 qat baha təklif olunur. 

Şəhərin aşağı hissəsində 60 manata olan eyni dizaynda olan ev Marxal yolu tərəfdə 400 manata təklif olunur. Evin tutulma qiyməti nə qədər çox olarsa, qiymətlər də bir o qədər münasib olur". 

Turizm məsələləri üzrə ekspertlər, Zaqatalaya bu il turist axının az olduğunu, ona görə də qiymətlərin endiyini deyirlər. Əvvəlki illərə nisbətən bu il qiymətlər daha ucuzdur. Evin qiyməti yerləşdiyi ərazidən, şəraitindən, otaq sayına görə dəyişir. 

Qeyd edək ki, iyul-avqust aylarında insanlar daha çox rayonlara üz tutur deyə qiymətlər bir az bahalaşa bilər. 

Aysel Əkbər
Milli.Az  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.