Siyasət

Prezident: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir

24 Dekabr 2025 17:30
Baxış: 310

Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirib.

Orada indi bir neçə min insan yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: "Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.