Cəmiyyət

Məktəbli formaları dəyişəcək? – Nazir aydınlıq gətirdi

25 İyun 2025 13:50
Baxış: 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin işə qəbul imtahanı gələn ay olacaq. 

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev 8-ci ADA Beynəlxalq təhsil konfransında məlumat verib. Nazir məktəbli formalarından da danışıb. 

Bəs bu il məktəbli formaları dəyişəcək? 

Bununla bağlı nazir jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qaydası ilə tənzimlənən nümunəvi formalar var:

"Onların o qaydaları dəyişdirməsi ilə bağlı mövzu yoxdur. Amma ayrı-ayrı məktəblər özləri bu və digər formada öz geyimlərini dəyişmək səlahiyyəti özlərinindir. Ölkədə olan bir neçə min məktəbin özləri müxtəlif hallarda formaların dəyişə bilər. Amma ümumiyyətlə mərkəzləşdirilmiş qaydada bütün məktəblərdə formaların dəyişilməsi hal-hazırda müzakirə olunmur". 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.