Amerika

Trampdan İranla bağlı sərt siqnal: "48 saat sonra hücum əmri verdi"

25 İyun 2025 16:24
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrana birbaşa hücumdan sonra bütün dünyanın diqqəti ABŞ və Prezident Donald Trampa yönəldi. Tramp əvvəlki prezidentlərdən fərqli olaraq, nüvə obyektlərini vurmaqda qətiyyətli oldu və SEPAH generalı Qasım Süleymani 2020-ci il yanvarın 3-də onun prezidentliyi dövründə öldürüldü.

Milli.Az xəbər verir ki, keçmiş prezident Corc Buş İranı "şər oxu" kimi qiymətləndirib, Barak Obama isə sabiq prezident Həsən Ruhani ilə nüvə proqramı üzrə razılıq əldə etmək üçün danışıqlar aparıb. Cozef Bayden 2021-ci ildə hakimiyyətə gələndən sonra da İranla danışıqlara fokuslandı, amma nəticə olmadı.

Donald Tramp yenidən prezident seçiləndə İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərib, ABŞ-nin uran zənginləşdirməsinə icazə verməyəcəyini bildirib. İyun ayında iki həftə vaxt versə də, 48 saat sonra İrana hücum əmri verib.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.