Siyasət

Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

25 İyun 2025 16:03
Baxış: 732

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, mən gələn il diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla bildirirəm.
Peru Respublikasının Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmaya, hörmətə və xalqlarımızın maraqlarına əsaslanan hərtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiq edirəm.

Əlamətdar bayram münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı ifadə edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.