Ölkə

Qadın sərnişinə "patxod" edən daha bir taksi sürücüsü saxlanıldı - VİDEO

25 İyun 2025 12:30
Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

Milli.Az xəbər verir ki, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Binəqədi rayonunda keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib. 

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, belə hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına məlumat versinlər.(Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.