Sağlamlıq

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

26 İyun 2025 04:04
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Milli.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib.

Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələr ən çox (735 körpə) perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat ediblər.

2024-cü ildə 178 körpə tənəffüs sistemi xəstəliklərindən, 101 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 uşaq bəzi infeksion və parazitar xəstəliklərdən, 12 uşaq isə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən dünyasını dəyişib./modern.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.