Maşın alıb-satanlar hansı hallarda DYP-yə bank sənədi aparmalıdır? - EKSPERT AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nağdsız hesablaşmalar haqqında" Qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən dəyişiklikdə avtomobillərin alqı-satqısı ilə bağlı da yenilik var. Qanuna əlavə edilmiş 3.4.10-cu maddədə deyilir ki, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər də bundan sonra nağdsız qaydada həyata keçirilməlidir.
Milli.Az xəbər verir ki, bu fikirləri tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Q eyd edib ki, bu norma avtomobillərin satılmasının istənilən halında deyil, yalnız ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə satış zamanı ödənişin nağdsız qaydada, yəni bank vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. İxtisaslaşdırılmış qaydada avtomobil satışı isə avtomobillərin satışı üzrə hərraclarda, yaxud sahibkarlıq fəaliyyəti olaraq avtomobil satışı üzrə ixtisaslaşan, bu işlə kommersiya fəaliyyəti kimi məşğul olan fərdi sahibkarlar və ya hüquqi şəxslər tərəfindən avtomobillərin alqı-satqısı deməkdir:
"Başqa sözlə, avtomobillərin rəsmi təmsilçilərə aid avtosalonlardan, yaxud avtomobil satışı ilə məşğul olan fiziki şəxslərə və ya hüquqi şəxslərə məxsus salonlardan (yəni ticarət təşkilatlarından) alınması zamanı, habelə rəsmi komisyon müqaviləsi olmaq şərti ilə komisyon mağazadan, eləcə də hərracdan alınması zamanı hesablaşmalar nağdsız olacaq. Nağdsız ödəniş isə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməni (o cümlədən ödəniş kartları vasitəsilə), ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmaları, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmaları və nağd pulun birbaşa qaydada satıcının bank hesabına köçürülməsini nəzərdə tutur.
Beləliklə, ayrı-ayrı fiziki şəxslərin öz avtomobilini satması hallarına "Nağdsız hesablaşmalar haqqında" Qanunun həmin tələbi şamil edilməyəcək. Belə halda yenə də əvvəlki kimi alan və satan öz aralarında istənilən qaydada, o cümlədən nağd pulu bir-birinə birbaşa verməklə hesablaşa bilərlər. Avtomobillərin alqı-satqısının rəsmiləşdirilməsi qaydasında da heç bir dəyişiklik yoxdur. Bu iş əvvəlki kimi yenə də DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və ya regional şöbələrində heç bir bank sənədi tələb olunmadan icra ediləcək". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





