Cəmiyyət

Bu çörək sexi məhsulun qiymətini qaldırdı? - Rayon sakinləri narazılıq edir - VİDEO

10 Yanvar 2022 18:12
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə bir sıra çörək istehsalı və satışı müəsisələrində çörəyin qiyməti müvafiq qaydada artırılsa da,  şəhər sakinləri "Halal Çörək" sexində süni qiymət artımının olduğu ilə bağlı Xəzər Televiziyasına müraciət ediblər. Əməkdaşlarımız həmin çörək istehsalı müəsisəsində olub və iddiaları yerində araşdırıblar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şəki rayonunda 20 yanvar küçəsində yerləşən Malik Abdurəhmanovun rəhbərlik etdiyi "Halal Çörək "sexində əsasən 40,50 və 60 qəpiklik zavod çörəkləri istehsal edilir.40 qəpiklik çörəyin 60 ,50 qəpiklik çörəyin 80 , 60 qəpiklik çörəyin bir manata satılması isə rayon sakinlərinin narazılığına səbəb olub.

Sexinin icraçı rəhbəri Rövşən Nürəddinov qiymətlərin bu şəkildə artımını unun qiyməti ilə yanaşı çörək istehsalına sərf olunan yumurta və sairənin qiymətinin artması ilə əlaqələndirir. Onun dediyinə görə hazırda sexdə sadəcə  çəkisi 510--520 qr olan çörək istehsal olunur. O da 60 qəpiyə satılır.

Şəkidə digər çörək istehsal və satış məntəqələrində isə çəkisi 510-530 qram olan çörək 55 qəpikdir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 500 qramlıq ənənəvi-dairəvi çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.