Cəmiyyət

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir, ətrafa üfunət yayır - VİDEO

7 Yanvar 2022 18:18
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samur-Abşeron kanalının Saray qəsəbəsindən keçən hissəsində su azalıb, balıqlar ölüb və ətrafı üfunət bürüyüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, pis qoxuya görə evlərin pəncərələrini aça bilmirlər.

Qeyd edək ki, sözügedən kanal "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhimdar Cəmiyyətinin balansındadır. Ərazi üzrə kanala cavabdeh Abşeron Suvarma Sistemləri İdarəsindən bildirildi ki, kanalının təmizlənməsi üçün su bir ay müddətinə dayandırılıb. Təmizlənmə işləri tədbirlər planına salınıb və sakinləri narahat edən problem qısa müddətdə həll ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.