Cəmiyyət

Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında yayımlanıb

28 Dekabr 2021 15:52
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstanın populyar "meridian27.com" ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi feysbuk səhifəsi "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın bolqar dilinə tərcümə olunmuş "Nədən qəfil pis oldum?", "Sən sönməyən alovsan" şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Milli.Az-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi - tanınmış bolqar şairi Dmitr Xristovdur.

Qeyd edək ki, 2002-ci ildən "Libra Skorp" kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən "meridian27.com" portalı və Dünya Bolqar Yazıçıları Liqasının feysbuk səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.