Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Həmid Qəribov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Milli.Az