Cəmiyyət

Xaçmazda gənc qadın dəm qazından ölüb

25 Dekabr 2021 08:14
0 Şərh     Baxış: 796
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xaçmazda 26 yaşlı qadın dəm qazından boğulub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xaçmaz şəhərinin Şəmsəddin Sultanov küçəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Gülnaz Əmirşah qızı Sultanova yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. G.Sultanovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.