Cəmiyyət

Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır? - VİDEO

24 Dekabr 2021 16:54
0 Şərh     Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanlar daha çox qış fəsli xəstələnirlər. Bu vaxtlar apeklərin də işi yaxşı gedir desək, yanılmarıq. Çünki, yoluxucu xəstəliklər artanda əczaxanaların müştəriləri də çoxalır. Ancaq son vaxtlar apteklərin işi heç də yaxşı deyil. Çünki dərman çatışmazlığı yaşanır. Hətta bəzi dərmanların əvəzediciləri belə tapılmır. Nədir səbəb? Öyrənməyə çalışmışıq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, soyuqlar düşür, yoluxucu xəstəliklər çoxalır. Apteklərdə isə dərman qıtlığı yaşanır.

Əczaçılar deyir ki, son vaxtlar qrip, soyuqdəymə və boğaz ağrısına qarşı, eləcə də immuniteti artıran preparatlara tələbat çox olsa da, depolarda belə dərmanlar tapılmır.

Dərman qıtlığından vətəndaşlar da əziyyət çəkir.

Səhiyyə Nazirliyindən xəbər ertəsinə bildirildi ki, apteklər özəl şirkətlərin balansında olduğundan məsələ Nazirliyin səlahiyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.